25 iyul 2016 - 15:06
Ərdoğanın müxalifət liderləri ilə görüşü 2,4 saat davam edib

Cümhuriyyət Xalq Partiyasındakı mənbələr isə görüşü siyasətin normallaşdırılması baxımından müsbət qiymətləndiriblər: “Budan sonrakı normallaşma addımlarını asanlaşdıracaq bir görüş oldu”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifət liderləri Kamal Kılıçdaroğlu və Dövlət Bahçeli ilə görüşü başa çatıb.

Məlumata görə, prezident sarayında keçirilən və baş nazir Binəli Yıldırımın da qatıldığı görüş 2 saat 40 dəqiqə davam edib. Müzakirə olunan məsələlər barədə açıqlama verilməyib.

Cümhuriyyət Xalq Partiyasındakı mənbələr isə görüşü siyasətin normallaşdırılması baxımından müsbət qiymətləndiriblər: “Budan sonrakı normallaşma addımlarını asanlaşdıracaq bir görüş oldu”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır