Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası kəşfiyyat və milli təhlükəsizlik nazirliyi Ettelaat məlumat yayaraq paytaxt Tehranda, həmiçinin İslam Respublikasının digər rayonlarında genişmiqyaslı terror aktları törətməyi planlaşdıran vəhhabi şeytani terrorçu qruplaşmasını bütün ünsürləri ilə birlikdə həbs edib.
Ettelaatın yayımladığı bəyanatda deyilir: “Allah Taalanın inayəti və oruc tutan xalqımızın duaları sayəsində təkfirçi vəhhabi terror qruplaşmasının ən böyük planları həzrəti Xədicəi Kübranın (səlamullahi əleyha) şəhadət oxşar vəfat günlərində ifşa edilərək zərərsizləşdirildi.
Paytaxt Tehran daxil olmaqla vətənimizin müxtəlif əyalətlərində bombalar yerləşdirmək istəyən təkfirçi-vəhhabi qruplaşmalarının ən iri terror əməliyyatı İmam Zaman (Allah Onun şərəfli zühurunu tezləşdirsin) həzrətlərinin adsız əskərlərinin Allaha təvəkkülü, təvəssülü və duaları ilə yanaşı gecə-gündüz çalışmaqları sayəsində vaxtında zərərsizləşdirilib. Çoxlu sayda partlayıcı maddələrin mənbələri aşkarlanıb və zəbt edilib.
Təhlükəsizlik məsələsinin tam təmin ediməsindən sonra bu haqda əlavə məlumat şərafətli iran Xalqına veriləcək.
İmam Zaman (Allah Onun şərəfli gəlişini tezləşdirsin) həzrətlərinə xidmət edən adsız əskərlərimizin əməliyyatlara davam verməkdə siz oruc tutan xalqın xüsusi ilə Qədr gecələrində etdikləri dualarına çox ehtiyacları vardır.”
Ettelaatın ictimaiyyətlə əlaqələr şöbəsi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır