Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rəsmi Dəməşq Fransa və Almaniya qüvvələrinin ölkənin şimalında yeralmalarını məhkum edib. Ökə XİN-i Almaniya və Fransa qüvvələrinin Suriyanın şimalında cəm olma məlumatına etiraz edərək bunu, ölkə hakimiyyətinə açıq-aşkar təcavüz olaraq qələmə verib.
Suriya XİN-i bildirib: “Bu qüvvələrin terrorla mübarizə məqsədi ilə gəlmələri bizi aldada bilməz. Çünki terrorla mübarizə qanuni yolla olan həmkarlıqla mümkündür. Necəki Suriya xalqı hazırda torpaqlarının qarış-qarışında bu mübarizəni aparmaqdadırlar və bugünədək müxtəlif fədakarlıqlar göstərmişlər.”
Xarici İşlər Naziri daha sonra terrorun əsas dəstəkçilərinin məhz qərblilər olduğunu vurğulayara deyib: “Bu ölkələr özləri terrora dəstək verənlərdir və bununla mübarizə aparmağa beynəlxalq səviyyədə mane olurlar. Onlar bəzi terrorçuları qeyri radikal qələmə verməklə, onları qanuni olaraq təqdim etmək niyyətindədirlər. Biz ölkəmizə təcavüz edənlərə səslənirik; pərişan yuxunuzdan ayılın və istismarçılıq zehniyyətinizi kənara qoyun, çünki o dövr artıq bitmişdir.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır