Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İlham Əliyev rejimində Şiəfobiya davam edir.
Məlumatımıza görə, rejimin Nəsimi Rayon Məhkəməsində “Müsəlman Birliyi Hərəkatı” təşkilatın sədr müavini Şiə ruhanisi Elçin Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Qondarma istintaq orqanının verdiyi təqdimat təmin olunub və E.Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay artırılıb.
Xatırladaq ki, əliyevlər rejimi sionist israil və vəhhabi səudiyyə rejimlərindən aldığı bir başa göstərişə əsasən İlham əliyevin başçılığı ilə, 2015-ci il, noyabrın 26-da Nardaran qəsəbəsində anti-Şiə əməliyyatı həyata keçirərək Azərbaycan Şiələrinə qarşı 21 Əsrin ilk Soyqırım aktını törətmişdir. Yüzdən çox Şiə aktivistlərini, dəyərli Ruhanilərini ölkənin müxtəlif bölgələrindən yığaraq həbs etmişdir. E.Qasımov isə 2015-ci ilin noyabrın 5-də kütləvi həbslərə hazırlıq ünvanında həbs olunmuşdur. O, qondarma İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda ŞƏRLƏNƏRƏK, 30 gün müddətinə inzibati həbs cəzası almışdır. Daha sonra Nəsimi Rayon Ədalətsiz Məhkəmənin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır