21 aprel 2016 - 22:46
İmam Xamenei: "Hizbullah günəş kimi parıldayır"

İmam Xamenei: "Fəsadçı, başqalarına bağlı, içi boş və çürümüş bir dövlət neft pulu və dollar gücünə əsaslanaraq verdiyi bəyannamədə "Hizbullah"ı günahlandırır. Cəhənnəmə! Nə əhəmiyyəti var bunun? "Hizbullah" və onun gəncləri günəş kimi parıldayır və onlar İslam dünyasının fəxridirlər."

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslami Tələbə Dərnəklərinin nümayəndələri Ümümdünya Müsəlmanlarının Ali Lideri Ayətullah Seyyid Əli Xamenei ilə görüşüb.

Ayətullah Xamenei nümayəndələrə verdiyi tövsiyələrdə 3 mənəvi ayın gəlməsinə toxunaraq; "Bu üç ay mənəviyyatın yazıdır və sizlər də ömrünüzün baharını yaşayırsınız. Allahı zikr etmək, dua oxumaq, Quran tilavət etmək, namazlarınızı ilk vaxtında qılıb, günahlardan uzaq olub, yaxşı əxlaqa sahib olmaqla özünüzdə mənəviyyatı yüksəldin", -deyə söyləyib.

Ali Lider bəzi dövlətlərin İran İslam Respublikasına qarşı çıxmasının səbəbinin nüvə kimi çox həssas məsələdə İİR-ın uğur qazanmasının olduğuna toxunaraq sözlərinə belə davam edib: "Onlara üz versək, sabah bio-texnika nano-texnologiyalar və başqa elmi məsələlərdə də oyun çıxarıb bizə mane olacaqlar."

Hizbullahın bəzi bölgə ölkələri tərəfindən terrorçu elan edilməsinə işarə edən İmam Xamenei Livanın "Hizbullah" hərəkatı əleyhinə aparılan təbliğat və əməli işlərin puça çıxdığını bildirərək belə deyib: "Fəsadçı, başqalarına bağlı, içi boş və çürümüş bir dövlət neft pulu və dollar gücünə əsaslanaraq verdiyi bəyannamədə "Hizbullah"ı günahlandırır. Cəhənnəmə! Nə əhəmiyyəti var bunun? "Hizbullah" və onun gəncləri günəş kimi parıldayır və onlar İslam dünyasının fəxridirlər."

Ayətullah Xamenei ABŞ-a qarşı mədəni müharibədə gənclərin nə qədər əhəmiyyətli rola sahib olduqlarını qeyd edərək, "Gənclər mövzusunda İran İslam Respublikası ilə Amerika və sionistlər arasında genişmiqyaslı soyuq müharibə gedir. Bizim bəyəndiyimiz gənclərlə düşmənin bəyəndiyi gənclər fərqlidir. Amerikalılar bizim gənclərin cəsarətsiz, motivasiyasız, ümidsiz, hərəkətsiz, fikri və fiziki gücü olmayan insan olmasını istəyirlər. Onlar gənclərimizin düşmənlərə xoş, komandirlərinə və dövlətlərinə pis nəzərlə baxmalarını arzu edirlər."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır