11 fevral 2016 - 12:19
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının İslam İnqilabı Qələbəsinin 37-ci il dönümü ilə bağlı Bəyanatı

İslam İnqilabı Nur partlayışı idi ki, təkcə İran Respublikasında deyil ölkə xaricinə də yayıldı. Dünya Müstəzəfləri və Azadə insanlarının qəlbinə hopdu. Bu gün dünyanın bütün bölgələrində Xomeyni Övladlarına rast gəlmək olur ki, ən az imkanat ilə, İmamət və Əhli Beyt (əleyhimus səlam) Məktəbini dünyanın ən ucqar nöqtəsində geniş təbliğ edirlər...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Hicri Şəmsi tarixi ilə, 22 Bəhmən (milad tarixi ilə 11 Fevral) İslam İnqilabının tağut rejimi üzərində Qələbə çalmasının 37-ci il dönümü günüdür.

Ümümdünya Əhli Beyt (əleyhimus səlam) Assambleyası bu Böyük və Əzəmətli Gün münasibəti ilə,  Bəyanat verib.

Bəyanatda deyilir:

İlahi iradə 1357-ci ildə (milad tarixi ilə 1979-cu il), soyuq qış aylarında, Allah deyib israr edən kəsləri qorxu və hürküdən uzaq edərək, Böyük Hidayət məsuliyyətini və saleh və mömün bəndələrin hakimliyini onlara verdi. Bəli İran İslam İnqilabı Qurani Kərimin bu ayəsinin « Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!» (Fussilət surəsi ayə 30) açıq bir nümunəsidir.

İran İslam İnqilabı, bəşəriyyət tarixində kənarda qalmış İlahi Əxlaq və Mərifətin insan cəmiyyətində təzahür tapmasına səbəb oldu. Fədakarlıq, Şəhadət, İxlas, İzzət və bu kimi dəyərlər  İslam İnqilabından sonra İran Xalqında təcəlli etdi. Xalq, Böyük İslam İnqilabının Banisi İmam Xomeyni (rizvanullahi təala) həzrətlərinə tabe olaraq onu özlərinə rəhbər təyin etdilər. Və onu sidq qəlblə İmam Zaman (Allah şərəfli zühurun tezləşdirsin) həzrətlərinin canişini qəbul etdilər. Buna görə də, İmam Xomeyni İran xalqını İslamın ilkin günlərində olan cəmiyyətdən üstün hesab edirdi...

İslam İnqilabı Nur partlayışı idi ki, təkcə İran Respublikasında deyil ölkə xaricinə də yayıldı. Dünya Müstəzəfləri və Azadə insanlarının qəlbinə hopdu. Bu gün dünyanın bütün bölgələrində Xomeyni Övladlarına rast gəlmək olur ki, ən az imkanat ilə, İmamət və Əhli Beyt (əleyhimus səlam) Məktəbini dünyanın ən ucqar nöqtəsində geniş təbliğ edirlər...

İslam İnqilabının 4-cü on illiyi artıq başa çatmamış bütün dünya istikbarçılarını özünün əldə etdiyi naliyyətlər, inkişaf və sivlizasiyası ilə heyrətə salaraq mat-mətəl qoymuşdur. İran Xalqı özünə güvənərək “Biz Bacaracağıq!” şüarı ilə bütün aləmə sübut etdi ki, məhz Əzəli və Əbədi Qüdrət sahibi olan Allaha inanıb təvəkkül edərək bu yolda müqavimət göstərməklə Qələbəyə nail olmaq olar.

Ümümdünya Əhli Beyt (əleyhimus səlam) Assambleyası İslam İnqialbının 37-ci il dönümü münasibəti ilə, bu yolda zəhmət çəkmiş Dahi Rəhbər İmam Xomeyni həzrətləri və İnqilab Şəhidlərini yad edərək, 22 Bəhmən yürüşündə bir daha İslam İnqilabının, İmam Xomeyni həzətlərinin dəyərləri ilə biət edir. Ümümdünya Əhli Beyt (əleyhimus səlam) Assambleyası inanır ki, Ali Rəhbərin (Ayətullah Xameneinin) sayəsində İslam İnqilabının maddi və mənəvi naliyyətləri bundan daha da artıq olacaqdır.

 

Ümümdünya Əhli Beyt (ə) Assambleyası

20 Bəhmən, 1394-cü il.

(11 Fevral, 2016-cı il)

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır