27 yanvar 2016 - 21:17
Fransa öz kin-küdrətini büruzə verdi Ruhani cənablarına nahar verilmədi

İslam Respublikası prezidentinin ilk səfəri İtaliyaya olub. O, rəsmi görüşlər zamanı açılan süfrəyə şərab qoyulmamasını istəyib. İtalyanlar cənab Ruhaninin bu istəyinə hörmətlə yanaşaraq normal qarşılayıb menyudan şərabı və haram xörəkləri çıxarıblar. Amma...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avropa turuna iki günlük səfərə çıxan İran İslam Respublikasının prezidenti Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhaninin yemək ziyafəti söz-söhbətə səbəb olub.

Belə ki, İslam Respublikası prezidentinin ilk səfəri İtaliyaya olub. O, rəsmi görüşlər zamanı açılan süfrəyə şərab qoyulmamasını istəyib. İtalyanlar cənab Ruhaninin bu istəyinə hörmətlə yanaşaraq normal qarşılayıb menyudan şərabı və haram xörəkləri çıxarıblar.

Amma Həsən Ruhaninin şərabla bağlı eyni tələbi “azadlıq və mədəniyyət” simvolu kimi özlərini qələmə verən Fransada kobudcasına rədd edilib. Doktor Ruhani yanvarın 27-də Fransaya səfəri zamanı təşkil ediləcək dövlət ziyafətində şərab verilməməsini və süfrəyə yalnız halal qidalar qoyulmasını istəyib.

Bənzər vəziyyət ötən ilin noyabr ayında da yaşanmışdı. Fransız radio kanalının yaydığı məlumata görə, Ruhaninin bu istəyi Fransa dövlət prinsiplərinə zidd olduğu üçün (!) nahar yeməyi təxirə salınaraq qəlyanaltı ilə əvəz olunub. Bu isə İran tərəfinin narazılığına səbəb olub. Bu yemək ziyafətini bəsit sayan İİR nümayəndə heyəti onu qəbul etməyib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır