2 yanvar 2016 - 21:02
Dünya ölkələri Səudiyyə tərəfindən Ayətullah Nimrin edam olunmasını məhkum etdi

Nuri Maliki: İraq vitse-prezidenti Nuri əl-Maliki bildirib: "Biz qəti şəkildə Səudiyyə rejiminin bu iyrənc cinayətini pisləyirik və bəyan edirik ki, Ayətullah Nimrə qarşı törədilmiş bu cinayət Səudiyyə rejiminin sonunu gətirəcək, necə ki, Muhəmməd Baqir əl-Sədrin edam edilməsi Səddam Hüseyn rejiminin sonunu gətirdi.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Səud vəhhabi rejimi Ayətullah Nİmr ə daha 46 Şiə aktivistini 02.01. 2015 tarixdə edam etməklə Yaxın Şərqdəki durumunu və habelə dünya miqyasındakı vəziyyətini daha da gərginləşdirdi.

Belə ki, Almaniya hökuməti Səudiyyə Ərəbistanında Ayətullah Nimr ən-Nimrinin edam edilməsindən narahatlıq ifadə edən bəyanat yayaraq hesab edir ki, bu edam Yaxın Şərqdə situasiyanı daha da gərginləşdirəcək.

“Nimr ən-Nimrənin edamı regionda gərginliyin artması və parçalanma sarıdan bizim narahatlığımızı gücləndirir” – Almaniya XİN-in rəsmi nümayəndəsi bildirib.

İngiltərə hökuməti də, öz növbəsində  Ayətullah Nimrin edamını kəskin pisləyib. Ölkənin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının nüfuzlu Şiə Alimi Ayətullah Şeyx Nimr Baqir ən-Nimrin edam edilməsini pisləyib.

İngiltərə XİN rəsmisi Hillari Ben bildirib ki, Səudiyyə rejiminin kəskin tənqidçisi və ifadə azadlığına görə həbs edilmiş Şeyx Nimrin edam edilməsi qanunsuzdur.

"Səudiyyə Ərəbistanı Ayətullah Nimri edam etməklə çox böyük səhv etdi. Bu edam və ümumilikdə məhkəmə prosesi barədə bizim dərin narahatçılığımız var idi", - deyə İngiltərə padşahlığının XİN rəsmisi bildirib.

İngiltərə Liberal-Demokratlar Partiyasının lideri Tim Farron isə İngiltərə padşahlıq rejimini diktator Səudiyyə rejimi ilə əlaqələri kəsməyə çağırıb.

Eyni zamanda 02.01.2015 tarixdə Londonda yüzlərlə insanın iştirakı ilə Ayətullah Nimrin edamına etiraz aksiyaları keçirilib. Səudiyyə rejiminin qarşısında toplaşan etirazçılar İngiltərə padşahlıq rejimindən Səudiyyə rejiminə bu vəhşiliklərə görə təzyiqləri artırmağı tələb edib.

İran İslam Respublikasının İslam Şurası Məclisinin Spikeri cənab Əli Laricani vəhhabi rejiminin bu vəhşiliyini məhkum edərək bildirib: "Səudiyyə Ərəbistanının nüfuzlu alimi şeyx Nimr Baqir ən-Nimrin edam edilməsi barədə acı xəbər regionda təhlükəsizliklə bağlı problemlərin xeyli artmasına səbəb olacaq. Səudiyyə rejimi böyük alimi qətlə yetirməklə özünü saldığı böyük bir bataqlıqdan çıxa bilməyəcək.”

Əli Laricani həmçinin vurğulayıb ki, imperialist ölkələrin dəstəyi ilə regionun bəzi dövlətləri bu regionda sabitliyin olmamasına səbəb olublar.

Böyük Faciə ilə bağlı məsələyə qəti sürətdə etiraz etdyini bildirən İraq hökümətinin rəsmisi cənab Nuri əl-Maliki bildirib: "Muhəmməd Baqir Sədrin edamı Səddamın sonunu gətirdiyi kimi, bu qətl də Səud rejiminin sonunu gətirəcək"

İraq vitse-prezidenti Nuri əl-Maliki bildirib: "Biz qəti şəkildə Səudiyyə rejiminin bu iyrənc cinayətini pisləyirik və bəyan edirik ki, Ayətullah Nimrə qarşı törədilmiş bu cinayət Səudiyyə rejiminin sonunu gətirəcək, necə ki, Muhəmməd Baqir əl-Sədrin edam edilməsi Səddam Hüseyn rejiminin sonunu gətirdi.”

Xatırladaq ki, Səudiyyə rejiminin qərarı ilə bu gün Səudiyyənin böyük Əhli Beyt (əleyhimus səlam) alimi Şeyx Baqir Nimr edam edilib.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır