Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Vəhdət həftəsi ilə bağlı Tehrana dəvət olunmuş Türkiyənin Dəyanət İşləri Naziri Məhəmməd Görməz İran İslam Respublikasının Ali Dini və habelə Əhli Beyt (əleyhim səlam) Maarifinin Ali Mərkəzi sayılan Qum şəhərində bir sıra Alim və Təqlid Mərcələri ilə də, görüşüb.
Ayətullah Məkarim Şirazi ilə görüş zamanı Ali Təqlid Mərcəsi İİR və Türkiyə xalqlarının dini və mədəni ortaqlıqlarına toxunaraq İslam Dünyasının problemləri ilə mübarizədə iki ölkə alimlərinin düşüncələrini çox yaxın adlandıraraq deyib: Türkiyə İslam dünyası və dünyada təsirli rola və uzun keçmişə malik ölkədir.
“Hazırda təkfirçi cərəyanların təhlükəli inancları İslamın əsasını hədəfə alıb və bütün İslam alimləri həmrəylik və birliklə onun kökünü kəsməlidirlər”- deyə Təqlid Mərcəsi bildirib.
Daha sonra Türkiyənin Dəyanət İşləri Naziri Məhəmməd Görməz Təqlid Mərcəsi, Fəlsəfə və Təfsirdə sahib nəzər olan Ayətullah Cavadi Amuli ilə də görüşüb.
Ayətullah Cavadi Amuli Həzrət Rəsullullah (s) və İmam Sadiqin (ə) mövludunu təbrik deyərək Muhəmməd Görməzə bildirib: İslam cahil insanlari bir - birinə qardaş etdi, onların arasında məhəbbət və qarşılıqlı hörmək yaratdı; həmin İslam dinin indi bizim əlimizdədir. Bütün İslam ümmətinin alimləri İslam dininin bu xüsusiyyətini keçmişdən daha artıq, daha gözəl İslam ümmətini təqdim və təhvil verməlididrlər.
Qeyd edək ki, Türkiyənin Dəyanət İşləri Naziri Məhəmməd Görməz Ali Təqlid Mərcələri ilə, görüş keçirtməkdən öncə Beynəlxalq Əl - Mustafa (s) universitetinin rektoru Ayətullah Əlirıza Ərafi ilə görüşüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır