Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Azərbaycan Şiələrinə xüsusi ilə, Nardaran əhalisinə və ümumiyyətlə Azərbaycanda Əhli Beytə (əleyhimüs səlam) qarşı aparılan amansız rəftar və təbliğatlar qarşısında bu ölkə məzlumlarına dəstəyi davam edir.
Bu münasibətlə 3 Yanvar, 2016-cı ildə "Nardaran hadisəsinin hüquqi və siyasi aspektlərinin araşdırılması" mövzusu ilə Urmiya Azad İslam Universitetində konfrans keçiriləcək.
Konfrans Urmiya Azad İslam Universitetinin "Şəhid Həmid Bakiri" iclas salonunda keçiriləcək.
Konfransda doktor Cavanpur, doktor Rüstəmzadə, doktor Əbdulhuseyn Səfaei və doktor Səmədzadə çıxışı edəcək. Urmiya Azad İslam Universitetinin Hüquq Elmi Qurumunun təşəbbüsü ilə keçiriləcək bu konfransda bir qrup alim, tədqiqatçı və tələbələr iştirak edəcək.
Qeyd edək ki, İmam Hüseynin (ə) Ərbəin günləri ərəfəsində (26 noyabr) İlham Əliyevin bir başa göstərişi ilə, rejimin xüsusi polis qüvvələrinin Nardaran qəsəbəsində dindarlara qəddarcasına hücumu nəticəsində 5 nəfər imam Hüseyn (ə) əzadarı Şəhid olmuş və bir çox dindar həbs edilmişdir. Hələ də onlar haqqında dəqiq məlumat yoxdur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır