30 dekabr 2015 - 14:25
İraq Baş Naziri dövlət bayrağını Rəmadidə hökumət binasına sancdı - Foto

Baş nazir bundan öncə bildirmişdi ki, Rəmadidən sonra növbə Mosulun olacaq.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ənbar əyalətinin inzibati mərkəzi Rəmadi şəhərinin İŞİD-ən azad edilməsindən sonra baş nazir Heydər əl-İbadi bölgəyə gedib.

Sumariya agentliyinin məlumatına görə, Şəhərdəki vəziyyətlə yaxından tanış olan baş nazir İraq bayrağını Rəmadi şəhərində hökumət binasına sancıb.

Baş nazir bundan öncə bildirmişdi ki, Rəmadidən sonra növbə Mosulun olacaq.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır