Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, “məntəqə ölkələri sırasında lider ölkə olan” Azərbaycanda iqtisadiyyat kritik həddə çatır...
Manatın arıcıl şəkildə devalvasiyasından sonra Bakı şəhər sakini Elvin Mehdiyev özünü “Nikoil” bankının Puşkin küçəsi, 30 ünvanında yerləşən ofisinin qarşısında yandırmağa cəhd edib.
O, üstünə benzin tökərək özünə od vurmaq istəsə də yaxınlıqdakı insanlar buna imkan verməyib.
Bəzi məlumatlara görə, E.Mehdiyevin xeyli borcu olub və pulları qaytara bilmədiyi üçün bu üsula əl atıb.
Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, iş üzrə materiallar ərazi üzrə Səbail RPİ-yə verilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır