Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ali Təqlid Mərcəsi Ayətullah Məkarim Şirazi, bazar günü, 13 Dekabr, 2015 tarixdə verdiyi bəyanatdaİlham Əliyevə səslənərək ona Azərbaycan xalqının dini hüquqlarına hörmət etməyi tövsiyə edib.
Bəyanatın tam mətni:
Bismillahir Rəhmanir Rəhim
Son günlər bizim qonşu Müsəlman ölkəsi olan Azərbaycan Respublikasında təhlükəsizlik qüvvələri ilə dindarlar arasında çıxan toqquşmada bir qrup dindarın həlak olması və yaralanması barədə nigaran edici xəbərlər bizə gəlib çatır.
Mən öz görüşlərimdə və Azərbaycan hökümətinin məsul şəxslərinə, din xadimlərinə göndərdiyim peyğamlarda daim bildirmişəm ki, İslami ölkələrinin xüsusi ilə də, qonşularımızın rifah və təhlükəsiz bir şəkildə yaşamaqları bizim arzumuzdur. Və biz bu yolda öz növbəmizdə heç bir səyi əsirgəmirik.
Buna görə də, biz şəri vəzifəmizə əsaslanaraq Azərbaycan İslam ölkəsinin rəsmilərinə xatırlatmaq istəyirik ki, öz ölkə sakinlərinin dini heysiyyatı və emosiyalarına daha hörmətlə yanaşa və onların dini hüquqlarına riayət edə. Çün ki, dini məsələlərlə bağlı (Məscidlərin sökülməsi, Hicaba qadağa, Məhərrəmlikdə əzadarlığı qadağa etmək, Ruhaniləri Şərləyərək həbsə salmaq və s...) məhdudiyyətlərin tətbiq edilməsi xalq etirazlarının bəzən də toqquşmalar və gərginliyin artmasına səbəb ola bilər.
Həmçinin Azərbaycanın dindar və vətənini sevən xalqdan istəyirik ki, öz dini və məntiqli tələblərini mümkün qədər qanun çərçivəsində və sivil yollarla izləyərək düşmən əlinə (admin: Azərbaycanda Şiəliyi əzənlərə) bəhanə verməsinlər.
Bu gün region ölkələrinin təkfirçilər və beynəlxalq sionizm təhlükəsi ilə üzləşdiyi bir vaxtda hamı gərək öz enerjisini bu təhdidlər ilə üzləşməyə yönəltməlidir. Aya son günlər ABŞ prezidentliyinə namizədin açıq aşkar Müsəlmanlara qarşı dil uzatmasını və istisnasız bütün Müsəlmanları Amerika üçün böyük bir təhlükə olduğu fikirlərini irəli sürməsini, habelə orta əsirlərin mürtəce şüarlarının səsləndirdiyini eşitmədikmi?
Hələ də bizim ayılıb, həqiqi hədələri tanıyıb, bir-birimiz ilə, birləşərək bütün gücümüzü ona qarşı işlətməyin vaxtı gəlib çatnayıbmı?
Bir daha əziz Azərbaycan xalqına dünya və axirət səadətini arzu edərək Allahdan onlar üçün tofiqlər diləyirəm.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.
Nasir Məkarim Şirazi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır