26 noyabr 2015 - 13:00
Naradaran soyqırımnda Məşədi Abbas qardaş da Şəhid olanlar sırasındadır – Foto

Atışma zamanı polis cinayətkar dəstəsi qubara və kalaşnikov silahlarından istifadə edərək bir neçə Şiəni Şəhid edib və yaralayıblar. Aldığımız qeyri dəqiq məlumata görə, bu gün günortadan sonra Məşədi Əzizbəyov da da atışma baş verib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün günorta namazında, təxminən Bakı vaxtı ilə saat 13:00-da əliyevlər rejinin apardığı anti-Şiə siyasətlərinin davamı olaraq xüsusi təyinatlı polis qüvvələri Nardaran qəsəbəsinə daxil olaraq Rəhimə Xanımın hərəmi yaxınlığındakı Hüseyniyyəyə hücum çəkiblər.

Atışma zamanı polis cinayətkar dəstəsi qubara və kalaşnikov silahlarından istifadə edərək bir neçə Şiəni Şəhid edib və yaralayıblar. Şəhid olanlar sırasında Məşədi Abbas qardaşın da olduğu deyilir.

Məlumata görə, özlərini polis cinayətindən müdafiə edən Şiələr 5-6 polisi yaralayıblar.


Hazırda Nardaran xalqı İmam Hüseyn Meydanına toplaşıblar. Camaat özlərini müdafiə etmək üçün daş qırıntılarından və lomlardan istifadə edirlər.

Vəziyyət gərgin olaraq qalmaqdadır.

Aldığımız qeyri dəqiq məlumata görə, bu gün günortadan sonra Məşədi Əzizbəyov da da atışma baş verib.

Aşağıdakı fotolar Nardaran qəsəbəsində qeydə alınıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır