26 noyabr 2015 - 10:35
Təcili: Polis silahlı dəstələri Nardalana soxuldu, 2 nəfər Şəhid edildi, Tale Bağırov həbs olundu

İlkin məlumatlara görə, 2 nəfər dünyasını dəyişib, bir neçə nəfər də yaralanıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Nardaranda "Rəhimə Xanım" ziyarətgahının yanında yerləşən Hüseyniyədə namaz vaxtı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Nardaran dindarlarından daxil olan məlumata görə, əməliyyat zamanı atışma baş verib.

İlahiyyatçı Tale Bağırov və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb. /İslamAzeri/

Hazırda Hacı Tale Bağırov və yaxınlarınının telefonlarına zəng çatmır.

İlkin məlumatlara görə, 2 nəfər dünyasını dəyişib, bir neçə nəfər də yaralanıb.

Yaralılar Bakının 3 saylı Klinik Xəstəxanasına aparılıb. Xəstəxananın qəbul şöbəsindən məlumatı virtualaz.org-a təsdiq ediblər. Xəstəxananın reanimasiya şöbəsindən isə 2 nəfərin öldüyünü deyiblər. Lakin hadisənin motivləri barədə hər hansı məlumat verilməyib.

Şahidlərdən birinin azadliq.info-ya bildirdiyinə görə isə Sabuncu rayon polis idarəsinin qarşısına bir avtobus polis, bir hərbi maşın, bir suvuran maşın, 5-6 post-patrul xidməti maşını gətirilib.

Diqqət: Xəbərdənistifadəetdikdəmənbəyəistinadlazımdır