12 oktyabr 2015 - 18:28
Mərakeşdə Mina Qətliamı ilə əlaqədar Al Səuda qarşı keçirilən etiraz mitinqləri polis zorakılığı ilə üzləşdi - Foto

Etiraz piketinə gələn cavanlar “Qardaşlarımız Həcc mərasimində Ali Səudun ehtiyatsızlığının qurbanları oldular!”, “Biz Mina Qurbanları olan qardaşlarımıza xatir buraya toplaşıb Ali Səudun ehtiyatsizlığına etiraz edirik!”, “Qardaşlarımızı zibil kimi bir birinin üzərinə yığmışdılar!”, “Mərakeş rəsmiləri Ərəbistan neftinin dollarından qorxurlar!” və s. kimi şüarlar səsləndiriblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Mina Qətliamının ardıyca Mərakeşli cavanlar paytaxt Rabat-da Ali Səud rejiminə qarşı etiraz piketi keçirdiblər.

Parlament qarşısında yiğışan etirazçılar Səud rejiminn Həcc mərasiminə tənha nəzarət etməsini və Həccə müdiriyyət məsələsində qüsurlara yol verdiyinə etiraz ediblər.

Etiraz piketinə gələn cavanlar “Qardaşlarımız Həcc mərasimində Ali Səudun ehtiyatsızlığının qurbanları oldular!”, “Biz Mina Qurbanları olan qardaşlarımıza xatir buraya toplaşıb Ali Səudun ehtiyatsizlığına etiraz edirik!”, “Qardaşlarımızı zibil kimi bir birinin üzərinə yığmışdılar!”, “Mərakeş rəsmiləri Ərəbistan neftinin dollarından qorxurlar!” və s. kimi şüarlar səsləndiriblər.

Lakin etirazçılar polis zorakılığı ilə üzləşməli olublar. Belə ki, mülki geyimli və polis formasında olanlar cavanları şillə, təpik və yumruqla döyəcləyərək təhqir ediblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır