28 sentyabr 2015 - 15:23
Prezident Həsən Ruhani təcili qaydada Nyu-Yorku tərk edir

Qeyd edək ki, son məlumatlara görə Məkkədə baş verən faciədə 169 iranlı ölüb, bu ölkənin daha 300 vətəndaşı itkin düşənlər arasındadır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının prezidenti Höccətül İslam vəl Müslimin Doktor Həsən Ruhani Məkkədə həcc zamanı iranlıların həlak olması ilə əlaqədar BMT Baş Assambleyasına səfərini yarımçıq qoyaraq, Tehrana qayıdıb.

“Nyu-Yorka gəldiyi vaxtdan prezident Minadakı hadisələri və həlak olan, yaralanan iranlı zəvvarlar barədə xəbərləri diqqətdə saxlayıb”, - İRNA agentliyi İİR prezidentinin mətbuat xidmətindən sitat gətirir.

Həlak olan iranlı zəvvarların olduğu ilk təyyarə Tehrana sabah, sentyabrın 29-da gələcək, buna görə də, Ruhani ABŞ-ı sentyabrın 28-də tərk edib.

Qeyd edək ki, son məlumatlara görə Məkkədə baş verən faciədə 169 iranlı ölüb, bu ölkənin daha 300 vətəndaşı itkin düşənlər arasındadır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır