Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,bu gün Qurban Bayramı namazında Paytaxt Sənada baş verən iki terror əməliyyatı nəticəsində Qurban Bayramı Yəmən Şiələri üçün matəmə çevrildi.
Belə ki, özünə bomba kəməri bağlamış iki sələfi terrorçu yerli vaxtla səhər 08:00 radələrində Sənanın Safiyə məntəqəsində yerləşən Buleyli Camesində Qurban Bayramı namazını qılan Şiələrin sırasına daxil olaraq özlərini partladıblar.
Nəticədə onlarla insan Şəhid olmuş və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanmışdır.
Hadisə yerindən verilən ilkin fotoları sizə təqdim edirik.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır