Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın qərbində yerləşən Kermanşah vilayətinin Hava Hücumundan Müdafiə Qrupunun komandanı kəşfiyyat məqsədilə İranın qərb sərhədlərinə daxil olmuş naməlum bir pilotsuzun vurulub, yerə salınmasından xəbər verib.
Fərzad Fereyduni IRNA ilə müsahibədə bildirib: Yerli sistemlər son vaxtlar naməlum olaraq İranın qərb məntəqəsinə daxil olmuş bir pilotsuz təyyarəni vurub, yerə salıblar.
Fereyduni əlavə edib: Əgər naməlum təyyarə İran səmasında və ya ətraf səmada aşkarlanarsa, ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri ilk mərhələdə ona radio xəbərdarlığı edəcək və sonra sıra ilə Hava Qoşunlarının təyyarələri, raket sistemləri və artilleriya qrupları düşmən uçuşu ilə qarşılaşmaq üçün meydana girəcəklər.
Kermanşah vilayətinin Hava Hücumundan Müdafiə Qrupunun komandanı İran səmasının təhlükəsizliyini vurğulayaraq, deyib: Ölkənin səmasından xarici uçuşların həyata keçirilməsi İran İslam Respublikası atmosferinin təhlükəsizliyinə bir dəlalətdir, zira əgər İran səması cüzi bir təhlükəsizlik zəifliyinə düçar olarsa, digər ölkələr öz təyyarələrinə İranın uçuş koridorundan istifadə etmək icazəsi verməzlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır