Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, xarici mətbuatların bildirdiyi məlumatlarda Yəmənin Səud sülaləsinin əl Səlil hərbi bazasına atdığı raketi nəticəsində Səudiyəli şahzadə ağır yaralanıb.
Məlumata görə, şahzadə Muhəmməd bin Səlman, Səud rejiminin müdafiə naziri, bir qrup Fransalı zabitlər və müxtəlif xarici ölkələrin hərbi adamları Əl Səlil hərbi bazasında toplantı keçirtdikləri zaman gözlənilmədən Yəmənin Skad raketi bazanı darmadağın edib və şahzadə hadisə nəticəsində ağır yaralanır.
Qeyd edək ki, Səud ailəsi şahzadə Muhəmməd bin Səlmanla bağlı yayımlanan məlumatları hələlik nə təsdiq və nədə təkzib etməyib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır