11 iyun 2015 - 02:08
Suriyanın ali müftisi: İŞİD-ə ən çox muzdlu Azərbaycan, Qazaxıstan və Türkmənistandan qoşulur

Suriyada (İŞİD) terror qruplaşmasının tərəfində təqribən 70 min əcnəbi muzdlu döyüşür, onlardan 7 mini Rusiya və MDB-dən gəlmələrdir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyada  (İŞİD) terror qruplaşmasının tərəfində təqribən 70 min əcnəbi muzdlu döyüşür, onlardan 7 mini Rusiya və MDB-dən gəlmələrdir.
Bu barədə TASS-a müsahibəsində "İslam dünyası" beynəlxalq konfransında iştirak etmək üçün Rusiyada səfərdə olan Suriya Ərəb Respublikasının ali müftisi Əhməd Bədrəddin Hassun məlumat verib.
"Dünyanın hər yerindən onların tərəfində hardasa 70 min, Rusiya və MDB-dən isə 5-7 min muzdlu döyüşür. Bəziləri ailələri ilə gəlir, Türkiyədə hazırlıq keçirlər. Onları Səudiyyə Ərəbistanı maliyyələşdirir. Təlimatçıları Böyük Britaniya və ABŞ-dır", - deyə Hassun bildirib.
Müfti qeyd edib ki, İŞİD-ə daha çox MDB-nin Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi ölkələrindən muzdlu qoşulur.
"Ora bütöv ailələr gəlir. Orada İŞİD-ə qoşulmaq üçün Tatarıstan, Qazaxıstan, Rusiyanın digər regionları və MDB ölkələrindən yüzlərlə ailə var", - deyə mufti bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır