10 iyun 2015 - 14:46
 "Suriyada 7000 Rusiya və MDB ölkələrindən olan terrorçu var"

Rusiyada səfərdə olan Suriya baş müftisi Suriyada terrorçuluqla məşğul olan MDB və Rusiya vətəndaşlarının sayını açıqlayıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Rusiyada səfərdə olan Suriya baş müftisi Suriyada terrorçuluqla məşğul olan MDB və Rusiya vətəndaşlarının sayını açıqlayıb
Suriyanın baş müftisi Əhməd Bədrəddin Həssun Rusiyada “İslam dünyası” konfransında iştirakı ərəfəsində İŞİD və terroçuluqla bağlı çıxış edib.
Əhməd Bədrəddin Həssun bildirib ki, Suriya ərazisində İŞİD tərkibində 70 min əcnəbi terrorçu fəaliyyət göstərir ki, onlardan 5-7 min nəfəri Rusiya və MDB ölkələrindən olan terrorçulardır.
Əhməd Bədrəddin Həssun: “Bütün dünyadan İŞİD tərəfdən 70 min terrorçu döyüşür, bunlardan 5-7 min nəfər isə Rusiya və MDB ölkələrindən olan terrorçulardır. Bəziləri ailələr ilə gəlirlər, hazırlığı Türkiyə ərazisində keçirlər, maliyyə dəstəkçiləri Səudiyyə Ərəbistanı, hərbi təlimatçıları isə ABŞ və Britaniyalılardır”. Suriya müftisi qeyd edib ki, MDB ölkələri arasında İŞİD-ə qoşulan terrorçular ən çox bu ölkələrdəndir: Qazaxstan, Azərbaycan və Türkmənistan.
Qeyd edək ki, 2011-ci ildən Suriya dünya terrorçularının toplaşdığı məskənə çevirilib. Hökumət qüvvələri 400-dən artıq cəbhədə “Nusra Cəbhəsi”, İŞİD və digər terror təşkilatları ilə mübarizə aparır. Bu illər ərzində Suriyada 200 mindən artıq insan həlak olub, milyonlarla isnan isə qaçqın və məcburi köçkünə çeririlib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır