Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri həzrət Seyyid Əli Xameneinin İraq üzrə nümayəndəsi, Ümümdünya Əhli Beyt (əleyhim səlam) Assambleyasının Ali Şurasının üzvü həzrət Ayətullah Hac Şeyx Muhəmməd Mehdi Asəfi dünyasını dəyişib.
Uzun müddət müxtəlif xəstəliklərdən əziyyət çəkən Ayətullah Asəfi cənabları bu gün sübh namazından sonra Pərvərdigarına ləbbeyk deyərək Allahına doğru qayıdıb.
Bu alim, mücahid və rəbbani bi rşəxsiyyətin vəfatı ilə əlaqədar İmam Xamenei həzrətləri başsağlığı mesajı veriblər.
Ayətullah Seyyid Əli Xameneinin mesajının mətni:
Bismihi Təala
Böyük ir təsüflə qeyd etməliyəm ki, alim, tədqiqatçı və mücahid mərhum Ayətullah Hac Şeyx Məhdi Asəfinin (rəhmətullahi əleyh) dünyadan köçməsi xəbərini aldım.
O, yeni tərz-təfəkkürlü Fəqih, professional Teoloq, aktiv yazıçı və ictimaiyyətdə təsir qoymaq qabiliyyətinə malik bir şəxsidir… Həmçinin onun İraqda sabiq dönəmdən ictimai, siyasi sahələrdəki mübarizələri parlaq keçmişinin nümunələridir…
Bu aliməqamlı ruhaninin digər bariz nümunələrindən biri də, onun dünya malına rəğbətsizliyi və ömrünün axırına kimi kasıb bir tələbə həyatı ilə razılaşaraq zahidanə yaşamasıdır. Uzun müddət Nəcəfi Əşrəfdə mənim nümayəndəliyimin məsuliyyətini qəbul etməsi isə, boynumda böyük haqq qoyub. Ümüd edirəm ki, Allahın lütf və rəhməti onun bütün elmi, dini və ictimai fəaliyyətlərinə şamil olsun.
Onun bütün yaxınlarına, dostlarına, ona məhəbbət göstərib elm və təqvasından bəhrələnən hər bir kəsə başsağlığı verib, Allah Təaladan onun üçün ali məqam, rəhmət və bağışlanmasını arzu edirəm.
Seyyid Əli Xamenei
14 Xordad, 1394
04 İyun, 2015
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır