Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın Əl Ənbar əyalətinin Rimadi mərkəzi şəhəri ötən iki gün ərzində Türkiyə vasitəsi ilə Suriyaya və oradan da İraqa keçən İŞİD adlı terror qruplaşmasının ağır hücumlarına məruz qalıb.
Məlumatımıza görə, ötən gecə, Rimadi şəhəri uğrunda terrorçular ilə İraq torpaqlarının azadlığı uğrunda müdafiəyə qalxmış silahlılar arasında ağır döyüşlər gedib.
Rimadi şəhər Təhlükəsizlik əməkdaşlarından biri bildirib: “Şəhərdə hər iki qüvvələr arasında sarsıdıcı döyüşlər gedir, Federal polis əməkdaşları şəhərin qərb nahiyyəsindəki Vəfa məntəqəsini üç səmtdən İŞİD terrorçularının hücumları qarşısında müqavimətlə dayanmışdır...”
Həmçinin digər hərbi resursların bildirdikləri xəbərə görə, ölüm-dirim müharibəsində Allahsız sələfilər ağır itkilər veriblər. Təkcə Cümə Günü axşam radələrində gedən döyüşlərdə 30 vəhhabi öldürülmüş, xeyli sayda yaralı vermiş və düşmən qüvvələrinin 4 katyuşa maşını İraq Silahlı Qüvvələrinin əlinə keçmişdir.
İraq Hava Donamasının qırıcıları İraq Müdafiə Nazirliyinin əmri ilə Əl Ənbar əyalətində qondarma İŞİD adlı yaraqlıların müxtəlif mərkəzlərini ağır raket atəşinə məruz qoymuşdur.
Eyni zamanda İraq hərbi qüvvələrindən verilən digər bir məlumatda ABŞ və onun İŞİD əleyhinə yaratdığı qondarma koalisiya qüvvələrinin Rimadi şəhərinin qərbində yerləşdirdiyi hərbi qüvvələri Cümə Günü döyüşlər başlamazdan öncə məntəqəni tərk etmişlər.

















Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır