10 may 2015 - 10:17
Fuad Məsum: İranın yardımları İraqın daxili işlərinə müdaxilə deyil

İraq prezidenti Fuad Məsum Tehrana səfəri ərəfəsində İranın İraqa yardımlarının ikitərəfli əlaqələr çərçivəsində olduğuna toxunaraq, bildirib ki, İŞİD region və regiondan kənar ölkələr üçün bir təhlükədir.

ƏhliBeyt (əleyhimussəlam) -ABNA- XəbərAgentliyininverdiyixəbərəəsasən,

İraq prezidenti vurğulayıb ki, İŞİD ilə döyüşdə İranın yardımları İraqın daxili işlərinə müdaxilə deyil.

 İraq prezidenti Fuad Məsum Tehrana səfəri ərəfəsində İranın İraqa yardımlarının ikitərəfli əlaqələr çərçivəsində olduğuna toxunaraq, bildirib ki, İŞİD region və regiondan kənar ölkələr üçün bir təhlükədir.

İraq prezidenti sonra deyib ki, Tehran səfərində bu cəhəti qeyd edəcək ki, baxışlarımız iki ölkə əlaqələrini hazırkı və gələcək şəraitdə quracaq və Bağdad bu əlaqələrin gücləndirilməsi ardıncadır.

İraq prezidenti vurğulayıb ki, Tehran və Bağdad ikitərəfli və regional məsələlər haqda məşvərətə ehtiyaclıdır.

İraq prezidenti bu həftə Tehrana səfər edəcək.

Əlnəşrə-nin məlumatına görə, iki ölkə arasında çöllüyün genişlənməsi və zərrəciklər probleminin həlli üzrə həmkarlıq barədə məşvərət aparmaq üçün İraqın ətraf mühit naziri bu ölkə prezidentini Tehran səfərində müşayiət edəcək.

Diqqət: Xəbərdənistifadəetdikdəmənbəyəistinadlazımdır