Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: 2025-ci il mayın 4-dən 8-dək Qətərin paytaxtı Dohada İran İslam Respublikasının rəsmi nümayəndəsi Ayətullah Əhməd Mubəlliği və onu müşayiət edən nümayəndə heyətinin iştirakı ilə İslam Əməkdaşlıq Təşkilatına bağlı Dünya İslam Hüququ Forumunun 26-cı sessiyasının açılış mərasimi keçirilir.
Açılış mərasimində bir neçə natiq öz fikirlərini bildirib və ortaya çıxan məsələlərə cavab verməkdə İslam fiqhinin vacibliyini vurğulayıb.
Qətərin vəqflər və islami işlər naziri Ğanim bin Şahin əl-Ğanim qonaqları salamlayaraq, yeni məsələlərin şəriət prinsiplərinə uyğunlaşdırılmasında İslam fiqhinin rolunu vurğulayıb.
O, bu barədə deyib: “Şəriət elmləri bəşəriyyətin ehtiyaclarına cavab verir və ailənin dağılması, əxlaqsızlığın təbliği, ateizm və azğınlığın təbliği kimi təhlükələrə qarşı aydın səslə və qəti qərarla dayanmaq bizim üzərimizdədir”.
Ğanim bin Şahin əl-Ğanim cənabları, həmçinin İslam ümmətinin sıralarının birləşməsində İslami Fiqhi Məclisinin rolunu yüksək qiymətləndirib.
Fransız dilində çıxış edən İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha Qəzzaya edilən zülmə toxunaraq fələstinlilərin işğalçılar üzərində qələbə çalacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, baş katibin açıqlamasına görə, yeni dövrün iş sahələrinə süni intellekt, elektron oyunlar, İslami idarəçilik kimi mövzuların elmi şəkildə öyrənilməsi daxildir.
Ümumdünya Fiqh Assambleyasının Baş Katibi yekunda dedi: “Bu hallar islami cəmiyyətlərin həyatına birbaşa təsir edir və təsirli fiqhi cavablar tələb edir”.
Sizin rəyiniz