25 mart 2025 - 22:56
Netanyahu: HƏMAS-ın Qəzzada mövcudluğunu davam etdirməsi İsrailin məğlubiyyəti deməkdir!

Netanyahu yeni bəyanatında HƏMAS-ın Qəzza zolağında qalmasına qarşı xəbərdarlıq edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist İsrail rejiminin qaniçən baş naziri Benyamin Netanyahu Qəzza zolağında Müqavimət Qüvvələrinin mövcudluğundan qorxduğunu bildirərək deyb:

“HƏMAS-ın Qəzzada mövcudluğunu davam etdirməsi İsrailin məğlubiyyəti və İran Oxunun bərpası deməkdir!”

Netanyahu bildirib ki, HƏMAS-ın əsirlrlə bağlı yaydığı video bu qrupun psixoloji müharibəsinin bir hissəsidir və onu izləmək çətindir.

O, bu görüntülərin onda Qəzzadakı yəhudi əsirlərin geri qaytarmaq əzmini gücləndirdiyini iddia edib.

Netanyahu iddia edib ki, Qəzzadakı əsirlərin azad edilməsi həm hərbi və həm də siyasi təzyiqlə əldə olunacaq.

O, həmişə olduğu kimi, yenə də heç bir əməli addım atmadan və müqavimət qrupları ilə əsir mübadiləsi prosesinə maneçilik törətməklə, Qəzzadakı bütün yəhudi əsirləri azad edəcəyinə və HƏMAS hərəkatını məhv edəcəyinə dübarə vəd verdi.

Uşaq qatili İsrail rejiminin baş naziri iddia edib: “Əgər HƏMAS Qəzzada qalsa, sionistlərin əsir düşməsi halları daha çox olacaq və 7 oktyabr hücumu təkrarlanacaq.”

Sizin rəyiniz

You are replying to: .
captcha