Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ prezidenti Donald Tramp Ağ Evə rəhbərlik etdiyi ilk üç həftə ərzində onilliklər boyu atılan mübahisəli addımları atdı. Belə ki, bu hətta Vaşinqtonun ən yaxın müttəfiqləri arasında da çaşqınlıq yaradıb.
Buna uyğun olaraq Fransa prezidenti Emmanuel Makron Financial Times qəzetinə müsahibəsində Tramp administrasiyasının planlarını sərt tənqid edib.
O deyib: “Trampın fələstinliləri Qəzzadan köçürmək planları və Qrenlandiyanın məcburi şəkildə mənimsəməsi dünyada mövcud olan ciddi strateji qeyri-müəyyənlik vəziyyətinə nümunədir”.
Makron vurğulayıb: “Fələstinlilərin Qəzzadakı evlərindən qovulması çox təhlükəli ola bilər. Həqiqət budur ki, Fələstin-İsrail münaqişəsinin daşınmaz əmlak həlli yoxdur, əksinə siyasi yolla həll edilməlidir.”
Tramp administrasiyasının Ukraynada müharibəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq səylərinə toxunan Fransa prezidenti deyib: “Ukrayna prezidenti Vladimir Zelenski müharibəni bitirmək üçün ölkəsi adından danışıqlar apara bilən yeganə şəxsdir. Ukraynanı təslim etməklə sülhün bərqərar olması heç kim üçün, o cümlədən Amerikanın özü üçün yaxşı xəbər deyil. İndi sual ondan ibarətdir ki, Putin həqiqətən də daimi atəşkəsə hazırdırmı?”
Makron sonda Avropanın regional təhlükəsizlik müzakirələrində rol oynamağa çalışdığını qeyd edərək ifadəsini yekunlaşdırıb.
Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!