Əhli Beyt əleyhimus səlam Beynəlxalq Xəbər Agentliyi -ABNA: Pakistan Müsəlman Birliyi Assambleyasının sədri, senator Əllamə Raca Nasir Abbas Cəfəri terrorçuların Paraçinar şiələrinə kömək məqsədilə ölkənin müxtəlif bölgələrindən göndərilən konvoylara və təhlükəsizlik işçilərinə dəfələrlə etdikləri hücumlarını sərt şəkildə tənqid edib.
Əllamə Raca Nasir Abbas Cəfəri bununla bağlı bəyanat yayaraq deyib: "Təkfirçilərin konvoylara və təhlükəsizlik işçilərinə qarşı davamlı olaraq törətdiyi terror aktları ölkənin təhlükəsizlik təşkilatlarına strateji tədarükün dayandırılması üçün bir qəsddir."
Senator Cəfəri vurğulayıb: "Biz Kürəm şəhristanının igid qəbilələrini mövcud şəraitdə vəhdətlərini qorumağa çağırırıq, çünki bu birlik, terrorçuların və fitnəkar xariclərin pis niyyətlərini aradan qaldıra bilər. Kürəm-Paraçinar rayonunda sülh və birlik üçün mümkün addımları birlikdə atmalıyıq."
O, daha sonra vurğulayaraq qeyd edib: "Pakistan hökuməti və ölkənin təhlükəsizlik orqanları terrorçuların qarşısını almaq və dinc vətəndaşların həyat və əmlakını qorumaq üçün məsuliyyət daşıyırlar."
