10 dekabr 2024 - 17:10
Fələstinli şəhidlərin sayı yenidən artıb

Qəzzanın Səhiyyə Nazirliyi: Son 24 saat ərzində Qəzza zolağında 28 fələstinli həlak olub, 54 nəfər isə yaralanıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist İsrail rejim ordusunun Qəzza zolağına hücumları davam edir və bu rejim Qəzza zolağında son saatlarda 20-dən çox adamı öldürüb.

Qəzzanın Səhiyyə Nazirliyi, İsrail ordusunun işğal etdiyi Fələstində müharibənin 431-ci günündə Qəzza zolağında daha 4 kütləvi qırğın etdiyini açıqlayıb.

Məlumata görə, son 24 saat ərzində Qəzza zolağında 28 fələstinli həlak olub, 54 nəfər isə yaralanıb.

Qəzza Səhiyyə Nazirliyi 07 oktyabr 2023-dən bu yana şəhid olmuş fələstinliləin sayının 44 min 786 nəfərə, yaralıların sayının isə 106 min 188 nəfərə yüksəldiyini açıqlayıb.

 

 

Diqqət: Lütfən Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Edin!