Əhli-Beyt
(əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rejissoru İbrahim Hatəmikiyə
olan “Musa Kalimullah (s.ə)” kino serialının pilot və sınaq versiyası Fəcr Film
Festivalında nümayişə hazırlanır və serial versiyası da beş sezonda ekran qarşısına
keçəcəkdir.
Qeyd edək ki, “Həzrət Musa (əla Nəbiyyinə və Alihi və Əleyhi Səlam)” kino serialının ssenarisini “Yusif Peyğəmbər (əla Nəbiyyinəvə Alihi və Əleyhi Səlam)” kino serialının rejissoru mərhum Fərəcullah Səlahşur yazıb. Rejissorun vəfatından sonra onun işini davam etdirmək və rejissorluq etmək məsuliyyətini İran kino və televiziyasının tanınmış rejissoru Camal Şorce üzərinə götürüb. Lakin işin davamında Şorce üçün yaranan sıxıntıya görə işin məsuliyyətini üzərinə götürmək üçün yeni rejissor təyin olundu və nəhayət İbrahim Hatəmikiyə seçildi.
63 yaşlı İbrahim Hatamikia "Şəxsiyyət", "Gözətçi", "Muhacir", "Vasle Nikan", "Kərxedən Rayna kimi", "Yaşıl kül", "Yusifin köynəyinin qoxusu", "Mino göydələni", " Şüşəli Agentlik", "Qırmızı lent", "Ölü dalğa", "Alçaq hündürlük", "Bənövşəyi rəng", "Ata adına", "Dəvət", "Şənlik hesabatı", " Ç", "Can güdən", "Axşam yeməyi zamanı" və "Xuruc" kimi 20 film onun iş dəftərində var. İbrahim Hatəmikiya çəkdiyi filmlərə görə, indiyə qədər Fəcr Film Festivalının üç “Simurğ”-u da daxil olmaqla 40-a yaxın yerli və xarici mükafatlara layiq görülüb.
Hatəmikia, Musa Kəlimullah (ə.s) serialın rejissorluğunu qəbul etməyi mərhum Sələhşura ehtiram əlaməti olduğunu bildirib və vurğulayıb:
“Ərsəyə gətirdiyim çoxlu əsərlər arasında Qurani-Kərim əsərinin yerini boş görürəm və bu səbəbdən də bu ağır məsuliyyəti motivasiya və maraqla qəbul edirəm.”
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!
