Əhli Beyt əleyhimus səlam Beynəlxalq Xəbər Agentliyi -ABNA: Livan Hizbullahının bir neçə dəqiqə əvvəl yaydığı bəyanata əsasən, Hizbullahın cəsur lideri və sionist rejimin kabusu olan Seyid Həsən Nəsrullah Beyrut ətrafına dünənki hücumlar nəticəsində şəhid olub.
Bu barədə Hizbullah Müqavimət Təşkilatı yayımladığı bəyanatında bildirib.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah arzusuna çataraq, əbədi və əzəmətli şəhid yoldaşlarına qovuşdu.