30 may 2023 - 15:30
İmamXamenei Oman sultanı cənab Heysəm bin Tariq Əl Səid və onu müşayiət edən nümayəndə heyətini qəbul edib

İslam İnqilabının Rəhbəri Oman Sultanının Misirin İran İslam Respublikası ilə əlaqələri bərpa etmək istəyi ilə bağlı bəyanatlarına toxunaraq, vurğulayıblar: “Biz bu mövqeyi alqışlayırıq və bununla bağlı heç bir problemimiz yoxdur.”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən,  İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün səhər Oman sultanı cənab Heysəm bin Tariq Əl Səid və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə İran və Oman arasındakı əlaqələri çoxillik, köklü və yaxşı adlandıraraq bildiriblər:

  “Biz hesab edirik ki, ikitərəfli münasibətlərin bütün sahələrdə genişlənməsi hər iki tərəf üçün faydalıdır.”

İmam Xamenei həzrətləri, İİR və Oman tərəfləri arasında aparılan danışıqlara toxunaraq deyib:

 “Əhəmiyyətli olan odur ki, nəzərəçarpacaq nəticələr əldə olunana qədər bu danışıqlar ciddi şəkildə davam etdirilməli və sonda kommunikasiyalar genişləndirilməlidir.”

Ümüdünya Müsəlmanlarının Ali Rəhbəri sionist rejimin bölgədə mövcudluğunun təhlükəsini də qeyd edib və əlavə ediblər:

“Sionist rejim və onun havadarlarının siyasəti regionda ixtilaf olması, sülhün isə olmamasıdır, ona görə də bütün region ölkələri bu məsələyə diqqət yetirməlidir.”

Ayətullah Xamenei qeyd ediblər:

“Oman və İİR arasında əməkdaşlığın artırılması vacibdir, çünki iki ölkə çox mühüm Hörmüz boğazını bölüşürlər.”

İslam İnqilabının Ali Rəhbəri Oman Sultanının Misirin İran İslam Respublikası ilə əlaqələri bərpa etmək istəyi ilə bağlı bəyanatlarına toxunaraq, vurğulayıblar:

“Biz bu mövqeyi alqışlayırıq və bununla bağlı heç bir problemimiz yoxdur.”

Ayətullah Xamenei Oman sultanının İİR və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpasından məmnun olması ilə bağlı deyib:

“Bu məsələlər cənab Rəisi hökumətinin qonşularla və region ölkələri ilə əlaqələri genişləndirmək və möhkəmləndirmək istiqamətində apardığı yaxşı siyasətin nəticəsidir.”

Sonda o, hökumətlər arasında əlaqələrin genişlənməsi ilə İslam ümmətinin yenidən öz şöhrətini qazanacağına və İslam ölkələrinin mövcud imkanlarının bütün İslam xalqları, ölkələri və dövlətləri üçün faydalı olacağına ümid etdiyini bildirib.

Prezident Höccətül-İslam Vəl-Müslimin Rəisinin iştirak etdiyi bu görüşdə Oman Sultanı cənab Heysəm bin Tariq Əl Səid İslam İnqilabının Rəhbəri ilə görüşdən böyük məmnunluğunu ifadə edərək, Omanın qonşuları ilə, xüsusən də İran İslam Respublikası ilə münasibətləri gücləndirmək və genişləndirmək siyasətində olduğunu bildirərək deyib:

  “Tehranda keçirilən danışıqlar zamanı müxtəlif əməkdaşlıq sahələri müzakirə edilib, fikir mübadiləsi aparılıb və ümid edirik ki, bu danışıqların davamı ilə iki ölkə arasında əlaqələr daha da genişlənəcək və onun əməli nəticələri hər iki tərəf üçün özünü büruzə verəcəkdir."

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!