Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, növbəti
prezident seçkilərində səs toplamaq naminə dəridən qabıqdan çıxan Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Lideri cənab Bəşşar Əsədlə cari ildə
görüş keçirməkdə israrlıdır.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, bu görüş Türkiyədə 14 mayda baş tutacaq prezident seçkilərindən sonra keçirilə bilər.
Çavuşoğlu, həmçinin mayın 10-da Moskvada Türkiyə, Rusiya, Suriya və İran XİN rəhbərlərinin görüşünün də baş tutacağını xatırladıb.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!