Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Fransa
Milli Assambleyasının (Parlamentin aşağı palatası) saytı xaker hücumuna məruz
qalıb.
“Le Matin” saytının xəbərinə görə, hücumu rusiyameylli “NoName” haker qrupu həyata keçirib.
Qrup Teleqram hesabında bildirib ki, hücum Fransanın Ukraynadakı “neofaşist rejimə” dəstəyinə görə edilib.
Parlamentin yuxarı palatası – Senatın da saytı hücuma məruz qalsa da, giriş mümkündür.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!