ABŞ prezidenti Cozef Bayden öz tviter səhifəsində bu barədə məlumat verərək belə yazıb:
“Bu il kəsir 1,4 trilyon dollara qədər azalıb. Bu, Amerika tarixində ən böyük illik enişdir”-deyə, o bildirib.
Eyni zamanda, ABŞ prezidenti Respublikaçılar Partiyasının nümayəndələrinin vətəndaşların və biznes qurumlarının vergi yükünün azaldılması üçün təklif etdiyi tədbirin effektiv olacağı ilə razılaşmayıb:
“Əksinə, büdcə kəsirinin əlavə olaraq daha 3 trilyon dollara yaxın artmasına səbəb ola bilər”,- ABŞ Cozef Bayden yazıb.
342/