Əhli-Beyt
(əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Myanmada
hərbi məhkəmə ölkənin devrilmiş lideri Aung San Suu Kyi-ni rüşvət almaq
ittihamı ilə üç il həbs cəzasına məhkum edib.
İşin həssaslığına görə adının açıqlanmasını istəməyən mənbə, Suu Kyinin bir iş adamından rüşvət alması ilə bağlı ittiham olunduğunu bildirib.
Suu Kyi iki iş üzrə üç il həbs cəzasına məhkum edilib, hər iki cəaznı eyni vaxtda çəkilməlidir.
Xatırladaq ki, Aung San Suu Kyinin Myanmada rəhbər olduğu dönəmdə Myanmanın Milli Birlik Təşkilatının verdiyi məlumatına görə, təkcə 2012-ci ilin may ayında Myanmanın qərbində Myanma hərbi qüvvələri tərəfindən Müsəlman Rohinga xalqına qarşı gedən aqressiv hücumlar və divanlar zamanı və müsəlmanların evlərinin yandırılması nəticəsində 100 mindən artıq Rohinga Müsəlmanı evsiz-eşiksiz qalmış və on minlərlə günasız insan həlak olmuşdur.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!