23 may 2022 - 14:46
Litva Rusiyadan enerji idxalını dayandırıb

Ukrayna ilə həmrəylik ifadə edən Litvanın energetika naziri Deiniyus Kreiviyus bir mesajda bildirib ki, ölkəsi enerji müstəqilliyini təmin etmək və Moskvanı maliyyələşdirməyi dayandırmaq istiqamətində Rusiyadan qaz, neft və elektrik enerjisi idxalını dayandırır.

ABNA24 Xəbər Verir , Deiniyus Kreiviyus twitter-də qeyd edib ki, bu addım, digər müttəfiqlərin Rusiyanın enerji mənbələrindən müstəqillik əldə etməkdə meyar götürmələri üçün əla nümunədir.

Litva Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun üzvü sayılır.

Belə görünür ki, Litvanın bu istiqamətdə atdığı addım, önləyici hərəkətdir, zira o da Finlandiyanın taleyinə düçar ola bilər.

342/