18 mart 2022 - 09:22
Kremldən Baydenə sərt reaksiya

Kremlin sözçüsü ABŞ prezidentinin öz rus həmkarına qarşı son cəfəngiyyatlarını qəbuledilməz və bağışlanmaz adlandırıb.

ABNA24 Xəbər Verir , Amerika prezidenti Co Baydenin öz rus həmkarı Vladimir Putinə qarşı ittiham və təhqiri Kremlin sərt reaksiyası ilə üzləşib.

Dmitri Peskov bu gün səhər saatlarında bir bəyanatda deyib: Biz, bombaları dünya səviyyəsində yüz minlərlə insanı öldürmüş Amerika hökuməti başçısının belə cəfəngiyyatlarını qəbuledilməz və bağışlanmaz hesab edirik.

Bayden bir mərasim zamanı öncə bir müxbirin onun Putini hərbi cani adlandırmağa hazır olub-olmamasına dair sualına neqativ cavab verdi, amma az sonra müxbirdən sualını təkrarlamasını istədi və belə dedi: Məncə, o, hərbi cinayətkardır.

342/