ABNA24 Xəbər Verir,Yasuf kəndində fələstinli bağ sahiblərindən olan Samir Muslih bildirib ki, qəsbkar qəsəbə sakinləri bu bölgədə səksən ədəd zeytun ağacını kəsiblər. Bu, son günlər ərzində sionist qəsəbə sakinlərinin fələstinlilərin əkin sahələri və bağlarına qarşı neçənci basqınıdır.
Zeytun bağları müxtəlif zaman fasilələrində sionist rejim qüvvələrinin hücumları hədəfinə çevrilib, məhv edilmiş olsalar da, əkin sahələrinin sahibləri hər dəfə yeni fidanlar əkməklə zeytunu müqavimət üçün bir simvola çeviriblər.
342/