ABNA24 Xəbər Verir, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Komandanın dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb.
General-mayor Volkov Qarabağdakı sülhməramlılara general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi vaxtlarda - 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi kontingentin komandir müavini olub.
Hazırda Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin qoşun hissəsinin rəisidir.
Xatırladaq ki, 2021-ci ilin sentyabrından bəri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı vəzifəsini general-leytenant Gennadi Anaşkin tuturdu.
342/