ABNA24 Xəbər Verir, Suriyanın "SANA" xəbər agentliyinin məlumatına görə, Dəra vilayətindəki rəsmilərdən biri deyib: "Bu planın həyata keçirilməsi ilə Suriya vətəndaşları da sabitliyin bərqərar olması və arxayınlıq hissinin yaranması səbəbindən silah və sursatlarının böyük bir hissəsini Suriya ordusuna təhvil veriblər".
Rəsminin sözlərinə görə, əməliyyat zamanı səlahiyyətli qurumlar və Suriya ordusunun bölmələri Dəra vilayətinin ətrafındakı bir sıra təsərrüfatlara daxil olublar.
Əməliyyat fonunda terrorçu qruplaşmalara məxsus çoxlu sayda silah-sursat, o cümlədən PKC pulemyotları, qumbaraatanlar, Doşka güllələri, 122 millimetrlik toplar, əl raketləri və rabitə vasitələri, kəşfiyyat kvadrokopterləri, partlayıcı paketlər və tank əleyhinə minalar ələ keçirilib.
342/