15 dekabr 2021 - 13:32
Yeraz Əli İnsanov İlhamın qarşısında sındımı ?

P.S: Görəsən Əli İnsanov bu açıqlamanı verməklə İlhamın qarşısında sındımı? Və artıq sülalə rejimini aradan qaldırmaq əzmindən daşındımı?...

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, əliyevlər sülalə rejiminin başçısı İlhamın 10 ildən çox həbsə saldıraraq sonradan “əfv” fərma ı ilə azad etdiyi sabiq səhiyyə naziri, hazırda Haqq Ədalət Partiyasının (HƏP) sədri yeraz Əli İnsanov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Bu barədə Ə.İnsanov feysbuk səhifəsində paylaşım edib.

«Dekabrın 15-də, Azərbaycan Respublikasının Prezident Sarayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşdüm. 2 saata qədər davam edən, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlətimiz və xalqımız üçün vacib olan bir sıra məqamları geniş müzakirə etdik. Cənab Ədalət Vəliyev Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə məni təbrik etdi və partiyaya gələcək fəaliyyətində uğurlar arzuladı. Mən dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim. Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm» — paylaşımda bildirilib.

P.S: Görəsən Əli İnsanov bu açıqlamanı verməklə İlhamın qarşısında sındımı? Və artıq sülalə rejimini aradan qaldırmaq əzmindən daşındımı?...





Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!