12 dekabr 2021 - 12:59
Ayətullah Sistani BMT nümayəndəsini qəbul etməyib

Qeyd edək ki, Plasxart bu yaxınlarda Nəcəf Əşrəfdə Sədr hərəkatının lideri Müqtəda əs-Sədrlə görüşüb və Plasxartın İraq seçkilərinin nəticələrinə müdaxiləçi mövqeyi son həftələrdə bir çox İraqlı qrupların etirazına səbəb olub.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, bəzi İraq mənbələri BMT-nin İraq üzrə nümayəndəsinin Nəcəf Əşrəfə son səfəri zamanı Ayətullah Sistani ilə görüş istəyib və onu Ali Təqlid Mərcəsi qəbul etməyib.

Mənbələr bildiriblər ki, Ayətullah Sistaninin dəftərxanası “Cenin Plusxart”ın İraq şiələrinin yüksək nüfuzu ilə görüş tələbinə razı olmadığını açıqlayıb.

Qeyd edək ki, Plasxart bu yaxınlarda Nəcəf Əşrəfdə Sədr hərəkatının lideri Müqtəda əs-Sədrlə görüşüb və Plasxartın İraq seçkilərinin nəticələrinə müdaxiləçi mövqeyi son həftələrdə bir çox İraqlı qrupların etirazına səbəb olub.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!