24 avqust 2021 - 07:14
İranla sərhəd bölgəsində meşə yanğını baş verib

Dünən Lerik rayonu, Soru kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğınlar başlayıb.

ABNA24 Xəbər Verir, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi məqsədi ilə yanğınsöndürənlər cəlb edilib.

Məlumatda deyilir ki, yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin tərəfindən həyata keçirilir.

342/