ABNA24 Xəbər Verir, bu barədə Livan hökuməti bəyanat verib.Livanın müvəqqəti hökumətinin baş naziri Həssan Diab deyib:"Düşmən İsrailin Livanın suverenliyini davamlı olaraq pozması BMT-nin 1701 saylı qətnaməsinə qarşı birbaşa təhdid təşkil edir.
Birləşmiş Millətlər Təşkilatını və beynəlxalq ictimaiyyəti İsrailin təcavüzünü pisləməyə, Livanın suverenliyini qoruyan və BMT -nin 1701 saylı qətnaməsini qoruyan tədbirləri görməyə çağırırıq".
Öz növbəsində, müvəqqəti hökumətdə baş nazirin müavini, müdafiə naziri vəzifəsini icra edən Ziyna Aker İsrailin törətdiyi hücumları və pozuntuları pisləyib və BMT-ə çağırış edib.
Qeyd edək ki, İsrail təyyarələri ötən gecə Livan səmasından Suriyaya aviazərbələr endirib. İsrailin təyyarələri və PUA-ları həftədə bir neçə dəfə Livanın hava məkanına daxil olur.
342/