18 avqust 2021 - 14:00
Marneuli şəhərində Tasua yürüşü keçirilib

Gürcüstan azərilərinin məhərrəmlik mərasimi davam edir. Marneulidə Tasua yürüşü keçirilib.

ABNA24 Xəbər Verir, hər il olduğu kimi bu ilin məhərrəm ayının doqquzunda da Gürcüstanın Marneuli şəhərində Tasua yürüşü keçirilib.

Yürüşdə Aşura faciəsinin qəhrəmanları anılıb və onların şəninə növhələr, mərsiyyə və sinəzənlər deyilib.

Qeyd edək ki, artıq 10 ildən çoxdur hər il Marneulidə Tasua və Aşura yürüşləri keçirilir.

342/