10 avqust 2021 - 16:22
Macronun İİR prezidenti Seyyid İbrahim Rəisi ilə telefon danışığının təfərrüatları

Yeni İran hökumətinin Fransa ilə qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin inkişafını alqışladığını ifadə edən İran İslam Respublikasının Prezident, iki ölkə arasındakı əlaqələrin xüsusilə iqtisadi və ticarət sahələrinin inkişaf etdirilməsinə işarə edərək vurğuladı: "İran xalqının hüquqları istənilən danışıqlarda təmin edilməlidir."

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Fransa Prezidenti Emanuel Makron ilə İran İslam Respublikasının prezidenti Höccətül İslam vəl Müslimin Doktor Seyyid İbrahim Rəisi arasında telefon danışığı olub. Fransa prezidenti telefon danışığında İran İslam Respublikasının Prezidenti Seyyid İbrahim Rəisi cənablarını prezidentlik vəzifəsinə başlaması münasibətilə təbrik edərək ona uğurlar diləyib dedi: "İran və Fransa əməkdaşlığı ilə bölgədə sülhün və sabitliyin bərqərar olunmasında rol oynaya bilər."

ABŞ -ın Bərcam danışıqlarından birtərəfli şəkildə çıxmasına və bu beynəlxalq müqavilənin icrasını dayandırmasına işarə edən Emmanuel Makron deyib: "Bu məsələnin həllini axtarırıq və danışıqların yenidən başlayacağına ümid edirik."

Dəniz təhlükəsizliyi məsələsinə toxunan Fransa prezidenti deyib: "İlk növbədə sabitlik çərçivəsi yaratmalı və dənizlərin vəziyyəti də daxil olmaqla müxtəlif məsələlərdə sabitliyin olacağına əmin olmalıyıq".

Fransanın Livanda sabitlik üçün hər zaman bir həll yolunu təmin etməyə çalışdığını söyləyən Makron, İranla birlikdə sabitlik və bu ölkənin problemlərinin həlli üçün zəmin yaradılacağına ümid etdiyini bildirib.

Sonda Fransa Prezidenti ikitərəfli əlaqələri dərinləşdirmək məqsədi ilə Tehranla Paris arasında danışıqların davam etdirilməsinə çağırdı.

Höccətül İslam və Müslimin, doktor Seyyid İbrahim Rəisi bazar ertəsi günü Fransa prezidenti Emmanuel Makronla bir saatlıq telefon söhbətində ABŞ-ın öhdəliklərinin dəfələrlə kobud şəkildə pozmasına, habelə "Bərcam" danışıqlarında iştirak edən üç Avropa ölkəsinin beynəlxalq səviyyədəki öhdəliklərinə əməl etməmələrinə işarə edərək vurğulayıb: "ABŞ tərəfi yeni sanksiyalar tətbiq etməklə bir daha bağladıqları müqaviləni aşkarcasına və kobud sürətdə pozdu və hətta humanitar sektora yeni sanksiyalar tətbiq etdi."

Həm ABŞ, həm də Avropalıların Beynəlxalq müqavilə olan Bərcam müqaviləsindəki öhdəliklərini yerinə yetirməli olduqlarını vurğulayan cənab Raisi deyib: "Hər hansı bir danışıqda İran xalqının hüquqları qorunmalı və millətimizin mənafeləri təmin edilməlidir."

O əlavə edib: "İslam Respublikası Fars körfəzi bölgəsində və Oman dənizində təhlükəsizlik təmin etmək və müdafiəni qorumaq mövzusunda çox ciddidir və təhlükəsizliyi aradan aparan bütün amillərə qarşı çox ciddidir."

Sonda Prezident Livanla əlaqədar olaraq vurğuladı: "Biz Livan xalqının sabitliyinə, təhlükəsizliyinə və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş hər hansı bir hərəkəti dəstəkləyirik və Fransanın bu baxımdan dəstəyini alqışlayırıq".
………………….
Mesajın sonu / 218

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!