Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Media mənbələri İraqın şimalida yerləşən Kürd bölgəsinin mərkəzi şəhər olan Erbildəki ABŞ Konsulluğunda həyəcan siqnalının verildiyini bildiriblər.
İraq Kürdüstan bölgəsindəki mediaları bildiriblər ki, ABŞ konsulluğunda sirenlər hələ də səslənməkdədir. Bu vaxta kimi heç bir təhlükəsizlik təşkilatı hadisə ilə bağlı şərh verməyib.
ABŞ konsulluğu rəsmiləri hələ həyəcan siqnalının nə üçün çalındığını hələ açıqlamayıblar.
İki gün əvvəl bir pilotsuz təyyarənin Erbil hava limanında ABŞ hərbi bazasına hücumundan sonra ABŞ konsulluğu hazır vəziyyətdə idi.
ABŞ-ın Erbildəki Konsulluğu və Bağdaddakı səfirliyindəki siqnalizasiya sistemləri son həftələr ərzində buraya edilən raket və pilotsuz təyyarələrin zərbələrindən sonra bir neçə dəfə aktivləşdirilib.
Qeyd edək ki, 7 iyul 2021 tarix, Cümə axşamı səhər radələrində, media mənbələri Kürdüstanın şimalındakı Erbil Hava limanında ABŞ hərbi bazasına raket və pilotsuz təyyarələrin hücumu barədə məlumat verdi. Məlumata görə, kütləvi hücum 20 raket və üç PUA ilə həyata keçirilmişdir.
Bu il İraqda ABŞ əsgərlərinə qarşı onlarla hücum yol kənarında minaların partladılması, ABŞ hərbi konvoylarına və ya İraqdakı ABŞ hərbi bazalarına raket və pilotsuz təyyarələrin zərbə endirməsi ilə müxtəlif yollarla baş vermişdir.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!