Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, İraqdakı tanınmış İran müttəfiqləri olan Kətaibu Hizbullah və Seyyid əş-Şuhada vahidlərinin mövqeləri ötən gün səhər radələrində ABŞ işğalçı qüvvələrinin hava hücumları ilə hədəfə alınıb.
Həşdu Şəbi Qüvvələri hücumlarda dörd nəfərin şəhid olduğunu bildirib, ancaq Suriya İnsan Haqları Rəsədxanasının verdiyi hesabatında İraqda bazar gecəsi həyata keçirilən hücum nəticəsində ölənlərin sayının beş nəfərə çatdığı söylənilir.
İraq Baş naziri Mustafa əl-Kazimi, ABŞ işğalçı qüvvələrinin hücumlarını İraqın suverenliyi və milli təhlükəsizliyinə qarşı "açıq və qəbuledilməz bir pozuntu" adlandırıb. Və İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl-Səhaf da oxşar bir şəkildə bəyanat verərək bildirib ki, İraq kimlərinsə bir-biri ilə haqq-hesablarının çürüdülməsi obyektinə çevrilməməlidir. O, həmçinin bir daha belə bir hadisələrin baş verməyəcəyini tələb edib.
Qeyd edək ki, ABŞ, İraqdakı pilotsuz təyyarələrin vurulması və ABŞ qüvvələrinə qarşı son hücumların arxasında İranın olduğuna inanır.
ABŞ hərbçilərinin İraqdan çıxarılmasını regional prioritet hesab edən İran İslam Respublikası isə, ABŞ işğalçı qüvvələrinin bazar günü gecə İraqa təcavüzünü kəskin şəkildə qınayıb.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!